Cümə, 19 Aprel

Dilarə Kazımova açıq-saçıq klipinə 25 min AZN xərclədi - FOTO/VİDEO

image

Müğənni Dilarə Kazımova Türkiyədə lentə aldırdığı klipini təqdim edib.

Xəbər verilir ki, estrada ulduzu sözləri və musiqisi Fidan Alivaya məxsus “Xarizma” mahnısını ekranlaşdırıb. Sənətçinin işi üzərində böyük heyət çalışıb.

İdeyası Dilarənin özü və Səbinə Şahiyə məxsus ekran işinin rejissorluğunu Buse Tırman edib. B. Tırman bu günədək Deniz Seki, Morena Taraku, Biah Rodrigues, Tan Taşçı, Emel Müftüoğlu, Tuğba Özay, Ece Ronay, Enes Batur kimi ulduzların klipini lentə alıb.

Kazımovanın staylinqini Seyit Ares ərsəyə gətirib. Hansı ki, o Ledi Qaqa, Vinni Harlou, Shensaa, Xloya Beyli, Sevyn Streeter kimi məşhurlarla əməkdaşlıq edir.

Dilarənin makiyajı isə Kamran Jabbarova həvalə olunub. Türkiyədə çalışan Kamran Deniz Akkaya, Gülben Ergen, Nihan Çelik, Deniz Seki, Qonca Vuslateri, Tuğba Özay, Biah Rodriguez kimi sənətçilərlə çalışır. Layihədə xareoqrafiyanın müəllifi Can Yücetaşdır.

Sənətçinin klipinin ssenarisi də diqqət çəkəndir. Belə ki, ekran işində “drag queen”, artıq çəkili və qısa boylu xanımlara yer verilib.

Bununla da, standartlardan kənar biri kimi təqdim edilən şəxslərin, əslində böyük bir xarizmaya məxsus olmağı mesajı ötürülür. Sözügedən klip üçün toplam 15 min dollar (təxminən 25 min 500 AZN) xərclənib.

Layihə “BEAT Music” musiqi leyblının məhsuludur. Mahnı bütün musiqi platformalarında dinləyicilər üçün təqdim edilib.c

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28