Çərşənbə, 24 Aprel

Rusiya ilə müharibə - Ukraynanın aylıq xərci nə qədərdir?

image

Rusiya ilə genişmiqyaslı müharibə səbəbindən Ukraynanın aylıq xərcləri 5-6 milyard dollar təşkil edir.

Xəbər verilir ki, bunu USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauer deyib.

Onun sözlərinə görə, bunlar ciddi xərclərdir və hətta ABŞ hökumətinin Ukraynaya yardım üçün ayırmağa hazırlaşdığı 7.5 milyard dollar da bütün ehtiyacları ödəməyə kifayət etməyəcək.

“Bu pul kifayət etməyəcək, gələcəkdə birbaşa büdcə dəstəyinə ehtiyacımız olacaq”, - Pauer bildirib.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin uzunmüddətli nəticələrindən danışan Pauer deyib ki, Prezident Vladimir Putin ərzaq və humanitar məsələlərdən silah kimi istifadə edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37