Cümə, 29 Mart

"Müəllim guya sentyabrın 15-nə kimi hazırlıq görür və maaş alır"

image

"Bizdə əsaslandırırlar ki, dərslər sentyabrın 15-dən başlanılmalıdır. Çünki havalar isti olur. Bu cür düşüncədə olan şəxsləri Afrikada nazir olmağa göndərsək, həmin şəxslər Afrikada ümumiyyətlə təhsili qadağan edərlər ki, Afrikada havalar hər gün istidir".

Xəbər verilir ki, bunu Milli Məclisin dərslərin sentyabrın 1-də başlaması ilə bağlı məsələni səsləndirərkən deyib:

"Avqustun 21-dən etibarən müəllimlərin 56 günlük məzuniyyəti bitir. Müəllimlər sentyabrın 15-nə kimi maaş alırlar. Azərbaycan müəllimlərinə nə qədər yüksək maaş verilsə, onların halal xoşlarıdır. Çünki müəllimə yüksək maaş verən ölkə ən yaxşı inkişaf etmiş ölkələrdəndir. Amma onların maaşları sentyabrın 1-dən verilsə, daha yaxşı olar. Sentyabrın 1-dən müəllim məktəbə gedir, guya 15-nə kimi hazırlıq görür və maaş alır. Bunun əvəzinə sentyabrın 1-dən dərs keçib, maaş alsa daha yaxşı olar”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45