Çərşənbə axşamı, 28 İyun

Azərbaycanda dərinin altına mikroçip yerləşdiriləcək

image

Azərbaycanda atların və dəvələrin dərisinin altına mikroçip yerləşdiriləcək.

Xəbər verilir ki, bu, Nazirlər Kabinetinin “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların birkalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilirdi. Dəyişikliyə əsasən, bundan sonra atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Cüneyt Arkın vəfat etdi

  • 28.06.2022 - 09:59
image

Maya Sandu Ukraynaya getdi

  • 27.06.2022 - 13:06