Çərşənbə axşamı, 28 İyun

Bakıda avtobus qəza törətdi, yaralılar var

image

Bakıda marşrut xətti üzrə hərəkət edən avtobus ağır qəza törədib.

Xəbər verilir ki, hadisə Xətai rayonu Seyid Əzim Şirvani küçəsində baş verib. Belə ki, 81 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus minik avtomobilinə çırpılıb. Nəticədə minik avtomobili yararsız hala düşüb, avtobusa da ciddi ziyan dəyib.

Hadisə şahidləri qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Cüneyt Arkın vəfat etdi

  • 28.06.2022 - 09:59
image

Maya Sandu Ukraynaya getdi

  • 27.06.2022 - 13:06