Çərşənbə axşamı, 28 İyun

"Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır" - İran prezidenti

image

Xəzər dənizində (Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) başqa ölkələrin hərbçilərinin təlimlərdə iştirakı qadağandır.

Məlumata görə, bunu İran prezidenti İbrahim Rəisi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

İran prezidenti qeyd edib ki, ABŞ-ın müstəqil ölkələrə tətbiq etdiyi iqtisadi təzyiqlər və sanksiyalarla mübarizənin ən təsiredici yolu İran və Rusiya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsidir.

O qeyd edib ki, Rusiya və Ukrayna arasında müharibənin başlamasında əsas amil ABŞ və NATO-nun vəziyyəti qızışdırmasıdır.

İ.Rəisi bildirib ki, İran Xəzər dənizində başqa ölkələrin hərbi təlimlərdə iştirakının xüsusi ilə İran sahillərində olmasının qadağan olmasını təkidlə vurğulayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Maya Sandu Ukraynaya getdi

  • 27.06.2022 - 13:06