Cümə axşamı, 25 Aprel

Türkiyədə meşələri yandıran şəxsin atası: “Kaş o öləydi...”

image

Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin atası danışıb.

Türkiyə mətbuatında adı şərti olaraq K.A qeyd olunan kişi oğlunun əməlini hiddətlə qarşıladığı bildirib.

“Kaş o öləydi, amma meşə yanmazdı” – deyə ata söyləyib.

Kişi əlavə edib ki, o arıçılıqla məşğuldur və oğlunun törətdiyi yanğın nəticəsində onun da təsərrüfatı zərər görüb.

“Oğlunuzdan bunu gözləyirdinizmi?” sualını cavablandıran ata onu sakit və fağır şəxs kimi qələmə verib:

“Sakit insan idi. Axşam saat 9-10-da yatar, səhər 9-da yuxudan qalxardı. Əsəbi və ya aqressiv insan olmayıb. Mən onun bu əməlindən sonra darmadağın olmuşam”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33