Cümə, 19 Aprel

Hücum rus ordusuna baha başa gəldi – Ağır itkilərlə geri çəkildi

image

Rusiya qoşunları Baxmut istiqamətində geri çəkilib.

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna hərbi qüvvələri Baxmutda düşmənin Volodimirivka - Pokrovske istiqamətində hücumunu dayandırıb. Atəşdən sonra düşmən geri çəkilib”, - açıqlamada deyilib.

Ruslar Yasınuvata-Kostiantynivka yolunun Vasilivka-Kamyanka istiqamətində Ukrayna qüvvələrinin döyüşən hissəsini mühasirəyə almağa cəhd edib. Ukrayna müdafiə qüvvələrinin ağır zərbələrlə qarşıladığı ruslar itki verərək geri çəkiliblər.

Ukrayna hərbçiləri Udinaşi bölgəsində də rus ordusunun hücumunu dəf edib. Ruslar itkilərlə geri çəkilməyə məcbur olublar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17