Şənbə, 20 Aprel

İtkin düşən 21 yaşlı qız görün harda tapıldı

image

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən intensiv tədbirlərlə qaçırıldığı iddia olunan 21 yaşlı qızın yeri müəyyən edilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.

A.Qiyaslının sözlərinə görə, qız Polis Şöbəsinə dəvət edilib:

“Araşdırma zamanı ona hər hansı bir zor tətbiq edilmədiyi və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi məlum olub. Valdeynləri ilə görüşdürülüb və o bu barədə öz ailə üzvlərini də məlumatlandırıb”.

Qeyd edək ki, bir neçə gün öncə qızın dörd nəfər tərəfindən zorla nömrəsiz avtomobilə qoyularaq, anasının yanından qaçırıldığı barədə məlumat yayılmışdı. 

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20