Cümə axşamı, 28 Mart

Lavrov Bakıdan əvvəl Tehrana niyə səfər edib? – ŞOK DETAL

image

O bildirib ki, alternativ yolun istifadəyə verilməsindən sonra etnik ermənilərin Azərbaycana daxil olub, çıxmaq məsələsi daha Laçın dəhlizindəki kimi olmayacaq:

“Ermənistan tərəfi Laçın dəhlizinə alternativ olaraq açıqlacaq təzə yolun əleyhinədir. Ermənistan Laçın dəhlizindən məhrum olunarsa, yeni yol istifadələrinə verilərsə, demək olar ki, etnik ermənilərin Azərbaycana daxil olub, çıxmaq məsələsi daha Laçın dəhlizindəki kimi olmayacaq. Burada ilk öncə Ermənistandan Qarabağa getmək istəyənlər elə birinci Ermənistan sərhəddində Rusiyanın orada quracağı yeni postlardan, rusların nəzarəti altında olan keçid məntəqələrindən keçəcəklər, ondan sonra Azərbaycan ərazisinə daxil ola biləcəklər.

Təbii ki, artıq Azərbaycan Laçın dəhlizindən fərqli olaraq yeni alternativ yola birbaşa nəzarət edəcək, öz postları, gömrük keçid məntəqələri qurulacaq. Buradan hər şeyə nəzarət ediləcək. Yəni ermənilər bunu çox gözəl anlayırlar ki, bu yeni yol açılarsa, onlar tam Azərbaycan tərəfindən nəzarətdə olacaqlar – kimlər gəlir, kimlər gedir. Əvvəlkilər kimi qanunsuz səfərlərə cəhd olacaqsa, bunların qarşısı birbaşa sərhədçilərimiz tərəfindən alınacaq.

Bu baxımdan ermənilər bunu çox gözəl bilirlər. Onu da bilirlər ki, bu qeyri-qanuni səfrələrlə bağlı artıq birdəfəlik olaraq onların “kitabı bağlanır”. Üstəlik də Qarabağa nə aparacaqlar, nə gətirəcəklər, yenə də biz tərəfdən nəzarətdə olacaq.

Lavrovun səfəri ərəfəsində Qarabağda atəşkəsin pozulması, təxribat məsələsi heç də buna görə deyil. Lavrov Bakıdan öncə İranda idi. Onun İran səfərinin əsas məqsədlərindən biri Rusiyanın vaxtı ilə istehsal edib, İrana satdığı hərbi texnikaları yenidən onlardan geri almaq idi. Çünki Ukrayna ilə müharibədə artıq Rusiya demək olar ki, 60-70% silah-sursatını, hərbi texnikasını bitirib. Yerdə ancaq raketlər qalıb.

Ona görə də Rusiya vaxtı ilə İrana satdığı o həmin o silah, texnikaları yenidən alıb gətirmək niyyətindədir. Bu da təbii ki, 3 ölkənin ərazisindən gedə bilər:

Azərbaycan ərazisindən keçməklə Xəzər dənizi vasitəsi ilə

 Ermənistan vasitəsilə Gürcüstana, Gürcüstandan da Rusiyaya

Əgər hansısa bir ölkə bu məsələdə Rusiyaya yol verərsə, o ölkənin özü də müəyyən çətinliklərlə üzləşəcək. Düşünmürəm ki, Qərb, yaxud da Amerika buna müsbət baxsın. Gələcəkdə bu ölkələr də sanksiyalara məruz qala bilərlər.

Təbii ki, Azərbaycan bundan tam şəkildə imtina edə bilər. Amma eyni sözü Ermənistan üçün deyə bilmərik, çünki Ermənistan birbaşa KTMT üzvüdür. Üstəlik Ermənistan bu il KTMT-yə sədrlik edir, bu o deməkdir ki, rəsmi İrəvan Rusiyanın həmin silahları daşıması üçün şərait yaratmalıdır. Çünki onların arasındakı müqavilələrdə bu məsələ öz əksini tapıb.

Bu baxımdan Lavrovun İrandan birbaşa Bakıya gəlməsi, həmin məsələ ilə bağlı yox, 10 noyabr bəyanatından da nəzərdə tutulan Zəngəzur dəhlizi ilə bağlı məsələ ətrafında geniş müzakirələr aparsın. Çünki burada artıq mütləq şəkildə Rusiya blokadadan çıxmaq üçün bu dəhlizdən istifadə etmək niyyətindədir”.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25