Bazar ertəsi, 08 Avqust

Ronaldo yeni baş məşqçi haqqında danışdı

image

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komandanın yeni çalışdırıcı Erik ten Haqın baş məşqçiliyi altında çıxışından gözləntiləri barədə danışıb.

Xəbər verilir ki, 37 yaşlı hücumçu bu bardə "Sky Sports"a açıqlamasında bildirib.

"Əlbəttə ki, karyeramı həqiqətən yüksəldən bir kluba qayıtdığım üçün xoşbəxt idim. Ona görə də buraya qayıdanda inanılmaz hisslər yaşadım. Azarkeşlər... Onların dəstəyi böyük idi. Mən burada olmaqdan çox xoşbəxt idim və indi də çox xoşbəxtəm. Azarkeşlərə deməliyəm ki, onlar heyrətamizdir. Matçlarda məğlub olsaq da, onlar bizi həmişə dəstəklədilər, hər zaman bizimlədilər. Azarkeşlər həmişə ürəyimdədir. Fanatlar hamımızın hörmət etməli olduğumuz insanlardır, çünki onlar bizim tərəfimizdədirlər. Mənim üçün ən vacibi matçlarda qalib gəlmək və bir növ çempionluq və ya kubok qazanmağa çalışmaqdır. İnanıram ki, bu, belə olacaq. Bəzən vaxt lazım olur. Amma mən yenə də inanıram. Bilirəm ki, Erik ten Haq “Ayaks”da fantastik iş görüb. O, təcrübəli məşqçidir. Lakin Ten Haqa vaxt vermək lazımdır. Hər şey onun istədiyi kimi dəyişməlidir", - Ronaldo deyib. 

Qeyd edək ki, Ten Haq aprelin 21-də "qırmızı şeytanlar"la 3 illik müqavilə imzalayıb. Şərtlərə əsasən, o, mövsümü "Ayaks"da başa vurmalı və daha sonra "Mançester Yunayted"ə qoşulmalı idi. Niderlandlı mütəxəssis bu vəzifədə Ralf Ranqniki əvəzləyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti