Cümə, 19 Aprel

Telman İsmayılov Baydenlə 10 il əvvəl niyə görüşüb? - TƏFƏRRÜAT

image

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin 2012-ci ildə həyata keçirdiyi görüş hazırda ABŞ mətbuatında gündəmə çevrilib.

Xəbər verilir ki, ölkənin nüfuzlu “New York Post” qəzeti Hanterin, atası ABŞ-ın birinci vitse-prezidenti olanda Rusiyada Vladimir Putinlə yaxından əlaqəli ən azı dörd oliqarxla görüşdüyünü iddia edib.

Qeyd olunub ki, sözügedən oliqarxlardan biri, hazırda Rusiyada qətldə təqsirləndirilərək axtarışa verilən azərbaycanlı iş adamı Telman İsmayılovdur. Bildirilib ki, Telman İsmayılovla görüş 2012-ci il fevralın 17-də onun holdinqi olan “AST Group”un Moskvadakı baş ofisində həyata keçirilib.

Nəşr qeyd edir ki, Hanter Baydenin İsmayılovdan nə istədiyi bəlli deyil, lakin səfər Hanter və ölkədəki varlı oliqarxlar arasında iki günlük görüş bir hissəsi idi və bu, ən azı qismən Hanter Baydenə məxsus olan “Rosemont Realty” üçün xaricdən pul axtarmağa yönəlmişdi. İnvestisiya şirkəti Hanter Bayden, Devon Arçer və Kris Heinz tərəfindən birgə təsis edilib.

Qeyd olunur ki, 2012-ci il fevralın 22-də – Rusiyadan qayıtdıqdan bir neçə gün sonra – Hanter Bayden Dəniz Rəsədxanasındakı evində həmin vaxt vitse-prezident olan atası Baydenlə görüşüb.

Təhlükəsizlik Araşdırmaları Qrupunun prezidenti Cim Hanson bildirib ki, belə nüfuzlu şəxslərin Hunter Bayden ilə görüşmək istəməsinin yeganə səbəbi atasının yanına getməkdir.

ABŞ-da hazırda ən çox müzakirə edilən mövzulardan biri isə budur ki, prezident Trampı Rusiya ilə əlaqələrinə görə tənqid edən birinci şəxs hazırkı prezident Cozef Bayden idi.

Bayden ABŞ prezidentliyinə namizəd olduğu 2020-ci ilin iyun ayında atdığı tvitdə "Donald Trampın bütün prezidentliyi Putinə hədiyyə olub", - deyə bildirmişdi. “Trampdan fərqli olaraq, mən demokratik dəyərlərimizi müdafiə edəcəyəm və Putin kimi avtokratlara qarşı duracağam”, - o avqustda atdığı tvitdə əlavə etmişdi.

Telman İsmayılovun vəkili nə iddia edilən qətllər, nə də Hanter Bayden görüşü ilə bağlı məsələyə şərh bildirməyib. Lakin “Azad Avropa Radiosu”na ittihamların saxta olduğunu və “Rusiya Federasiyası tərəfindən siyasi və iqtisadi təqiblərin nəticəsi” olduğunu söyləyib.

Qeyd edək ki, T. İsmayılov hazırda Monteneqroda ona verilən sığınacaq əsasında yaşayır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17