Cümə, 17 May

“Fənərbağça” Məsut Özillə yollarını ayırdı

image

“Fənərbağça” ulduz futbolçusu Məsut Özillə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Uzun müddətdir “Fənərbağça” heyətindən uzaqlaşdırılan Məsut Özil klubla yollarını tamamilə ayırıb.

Məsut 2021-ci ilin yanvarında “Arsenal”dan ayrılaraq “Fənərbağça”ya keçmişdi.

Xorxe Xesusun baş məşqçi gəlməsi ilə də bu qərar dəyişməyib. Məsut Özil karyerasını “Fənərbağça”da bitirmək istədiyini tez-tez vurğulasa da, bu istəyi baş tutmayıb.

Buna baxmayaraq, Məsut Özil İstanbulda qala bilər.

Məsut Özil “Fənərbağça” forması ilə ümumilikdə 36 matçda 8 qol vurub və üç məhsuldar ötürmə edib.

33 yaşlı futbolçu “Spor Toto” Super Liqa komandalarından “Medipol Başakşehir” ilə müzakirələr aparır.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41