Cümə, 19 Aprel

Korrupsioner rektorun maxinasiyaları - FAKTLAR

image

2020-ci il parlament seçkilərində mandatını itirən deputatlar sırasında Şəmsəddin Hacıyev də var idi. Keçmiş İqtisad Universitetinin rektoru və YAP-ın üzvü Şəmsəddin Hacıyevin nə üçün yeni seçilən Milli Məclisdə təmsil olunmadığı isə bəzi suallar doğurur. 

Şəmsəddin Hacıyevin adı uzun müddət ölkə gündəmində İqtisad Universitetindəki korrupsiya və rüşvət qalmaqallarında hallanıb. Şəmsəddin Hacıyevi rektor olarkən ailə üzvlərinin - həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olduğu "Turan-2009" MMC, ”İqtisadçı" MTK və digər şirkətlər vasitəsilə İqtisad Universitetində milyonlarla manatlıq "əməliyyat” apardığı müəyyən olunub. 

Şəmsəddin Hacıyev “Turan” MMC” adlı arvadının təsisçi, qardaşı oğlunun direktor, baldızı qızının isə baş mühasib olduğu şirkət vasitəsiylə 3 il ərzində oxşar əməliyatlarla 11 milyon manatı universitetin hesabından çıxarmağa nail olub. Bu vəsaitdən 1 milyon 145 min 269 manatı təmir, 2 milyon 123 min manatı inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana xərcləri, 7 milyon 745 min 887 manatı isə sağlamlıq kompleksinin tikintisi adıyla mənimsənilib. 

Onun rektorluğu dövründə universitetdə aparılan işlərin 90 faizi qanunvericiliyə zidd olaraq, tendersiz şəkildə baş tutub. Şəmsəddin Hacıyev Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı olmadan universitetlə bağlı tenderləri öz ailəsinin təmsil olduğu şirkətlərə ötürüb və bu şirkətlər vasitəsilə böyük pulların mənimsənilməsini həyata keçirib. 

İqtisad Universiteti rüşvət yuvasına necə çevrilib?

Şəmsəddin Hacıyev eyni zamanda İqtisad Universitetin Dərbənd fililalı vasitəsiylə də böyük maxinasiyalar həyata keçirib. Belə ki, Şəmsəddin Hacıyev bu filial vasitəsiylə hər tələbədən 35-50 min manat alaraq saxta qəbullar həyata keçirib. Daha sonra Dərbənd filialına saxta şəkildə qəbul olunmuş tələbələr Azərbaycanın digər universitetlərinə transfer olunub. Şəmsəddin Hacıyevin İqtisad Universitetinin Dərbənd filialına tələbə qəbulundan ümumilikdə 145-150 milyon manat, daxili və xarici köçürmələrdən isə 80-100 milyon manat əldə edib. Onun digər mənbələrdən 350-400 milyon manat rüşvət alması, təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-ni oğurlaması ilə bağlı da faktlar mövcuddur.

Məlumatlara görə, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib. Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirib və  həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün böyük məbləğə öz universitetinə satıb. 

Şəmsəddin Hacıyev maliyyə maxinasiyalarına universitetin əməkdaşlarını da ortaq edib. Belə ki, o əvvəlcə öz əməkdaşlarına universitetin nəzdində mənzil-tikinti kooperativi yaradıb, onları mənzillə təmin etmək məqsədiylə Bakı şəhəri, Mir Cəlal küçəsində ev tikdirməyi vəd edib. Bu məqsədlə Hacıpaşa Muradovun təsisçisi olduğu "İqtisadçı-H” kooperativi yaradılıb. Ancaq bir müddətdən sonra, 2005-ci ilin may ayında rektor Bakı Şəhər İH başçısı Hacıbala Abutalıbova məktub ünvanlayıb. Xahiş edib ki, mənzillərin satışının icazəsinin "İqtisadçı-H”-dan alınaraq öz qohumlarının adına təsis elədiyi "İqtisadçı-2005" kooperativinə verilsin. Şəmsəddin Hacıyev bu yolla binanın tikintisiylə bağlı sərəncamının dəyişdirilməsinə nail olub. 

Şəmsəddin Hacıyev Quba rayonunun Nüvədi-2 kəndində ADİU-nun müəllimləri və tələbələri üçün sağlamlıq mərkəzi tikdirmək adı ilə dövlətin yer ayırmasına nail olub. Mərkəzin tikintisi üçün 4 milyon 300 min nəzərdə tutulan ilkin smeta bir müddətdən sonra fantastik rəqəmə, 7 milyon 200 minə çatdırılıb. Hazırda bu tikintinin faktiki olaraq neçəyə başa gəlməsi və sonralar bu mərkəzdə kimlərin istirahət etməsi bilinmir. 

Şəmsəddin Hacıyevi kimlər qoruyur?

Şəmsəddin Hacıyev müəllimlər üçün tikilən mənzilləri öz dost və qohumlarına, o cümlədən hazırda da baş nazirin müavinləri olan iki nüfuzlu məmurun övladlarına, o cümlədən qızının həyat yoldaşı Seymur Orucova, deputat Eldar Quliyevin qohumu Yelena İsmayılovaya, keçmiş deputat İbrahim İsayevin arvadı Faciə Zeynalova və digər bu kimi yaxın ətrafına paylayıb. Mənzillərin böyük bir hissəsinin pulu isə universitet əməkdaşları tərəfindən ödənilib. Hətta müəllimlərin universitet daxilində həmkarlar ittifaqı adı altında yığılmış vəsaitləri də bu ödənişlərin həyata keçirilməsinə yönəldilib. 

Məhz bu yolla yüksək vəzifəli məmurlarla yaxın əlaqələr yaradan Şəmsəddin Hacıyev öz qanunsuz əməllərini də rahatlıqla həyata keçirməyə nail olub.

Lakin sabiq rektorla bağlı günü-gündən artan narazılıqlar 2014-cü ildə onun vəzifədən azad olunması ilə nəticələnib. Rektorluqdan uzaqlaşdırılmasına baxmayaraq Şəmsəddin Hacıyev 2015-ci ildə yenidən deputat seçilməyə nail olub. Bu işdə onun yüksək vəzifəli məmurlarla yaxın əlaqələrə malik olması da önəmli rol oynayıb.

Şəmsəddin Hacıyevin xüsusilə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovla qohum olduğu məlumdur. Əli Həsənovun kadrı hesab olunan Şəmsəddin Hacıyevin vəzifəsindən azad edilməsindən sonra deputat mandatını qoruyub saxlamasında Əli Həsənovun müstəsna xidmətləri olub. Əli Həsənovun vəzifədən uzaqlaşdırılması ilə sabiq rektorun karyerası da sual altına düşüb və gözlənildiyi kimi müdafiəsiz qalan Şəmsəddin Hacıyev yeni Milli Məclisə seçilə bilməyib. 

Rektorun mandatdan məhrum edilməsinin əsas səbəbi isə onun universitet daxilində həyata keçirdiyi korrupsiya maxinasiyaları ilə əlaqələndirilirdi. Digər bir səbəb isə Şəmsəddin Hacıyevin Əli Həsənovla yaxın münasibətlərə malik olması olub. 
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20