Cümə axşamı, 18 Aprel

Kəmaləddin Heydərovun iki kadrı gömrüyün rəhbərliyinə gətirilir - İDDİA

image

Dövlət Gömrük Komitəsində yeni təyinatlar baş tutub.

Dövlət Gömrük Komitəsinin rəhbərliyinə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova yaxın kadrların axını davam edir.

Etibarlı mənbədən əldə edilən məlumata əsasən, Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzov və Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin keçmiş rəisi Faiq Şahbazov qurumda sədr müavini vəzifəsinə gətiriləcəklər.

Vüsal Novruzovun Kəmaləddin Heydərovun ən etibarlı kadrlarından biri olması heç kəsə sirr deyil. Faiq Şahbazov isə fövqaladə hallar nazirinin bacanağıdır.

Hər iki şəxs gömrükçülər arasında böyük nüfuza malikdir. Hərçənd, Vüsal Novruzov cəmiyyətdə bir sıra qalmaqalları ilə yadda qalıb.

Adıçəkilən şəxslər hazırkı sədr müavinləri İsmayıl Hüseynov və Rza Həsənəliyevi əvəzləyəcəklər.

Mənbə onu da əlavə edib ki, Komitənin İnsan Resusları İdarəsinin rəisi vəzifəsinə Nərgiz Məmmədova təyin olunub: “Nərgiz xanım bir müddət əvvəl pensiyaya göndərilmişdi. O, artıq vəzifəsinin icrasına başlayıb. Nərgiz Məmmədova gömrükçülər arasında ad-san qazanmış, böyük nüfuza malik olan bir kadrdır”.

Mənbə nehrəmlilərin gömrük orqanlarından kütləvi ixtisarı ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib: “Bu, kökündən yanlış xəbərdir. Nehrəmlilər iş başındadır, onlara heç bir təzyiq yoxdur”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28