Cümə, 17 May

Mariupol bu tarixdə azad ediləcək – Ukrayna açıqladı

image

“Rusiya tərəfindən işğal edilən Mariupol bu ilin sonu – 2023-cü ilin əvvəlinə kimi azad ediləcək”.

Bunu hazırda işğal olunan Mariupol şəhərinin meri Vadim Boyçenko açıqlayıb.

Onun sözlərinə görə, şəhər rəhbərliyi Mariupolun bərpasına yönəldilmiş memarlıq kataloqu yaratmağı planlaşdırır.

“Biz bu kataloqu yerləşdirəcəyik və Mariupol sakinləri seçimlər arasından şəhərin hansı hissəsinin bərpa olunacağını seçəcəklər. Artıq 2018-ci ildə yerli icma ilə belə bir təcrübəmiz var. Təxminən sentyabrın 1-də biz onlarla işə başlayacağıq”, – mer bildirib.

Borçenko vurğulayıb ki, beynəlxalq tərəfdaşlar şəhərin yenidən qurulması planının formalaşdırılması üçün 4 milyon avro ayırırlar: “Dekabr-yanvar aylarında Mariupolu azad edəndə biz birbaşa şəhərə gedəcəyik və mütəxəssislərlə birlikdə dağıntıları qiymətləndirib mərhələ-mərhələ bərpa edəcəyik. Elə planlaşdırmışıq ki, 10 il ərzində biz şəhərin yarısını yenidən quracağıq, bunun dəyəri təxminən 14 milyard avro təşkil edəcək”.

Qeyd edək ki, daha öncə ruslar Mariupolun adının dəyişdirilməsi planı barədə məlumat yaymışdı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58