Şənbə, 18 May

Putin Ərdoğandan “Bayraktar” istəyir? – Peskov açıqladı

image

Avqustun 5-də Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə hərbi-texniki əməkdaşlıq mövzusu müzakirə olunacaq. 

Bu barədə çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Bayraktar” pilotsuz təyyarələrinə marağına dair məlumatları şərh edərkən bildirib.

"İki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəlikdədir və faktın özü onu göstərir ki, qarşılıqlı münasibətlərimizin bütün spektri çox yüksək səviyyədədir", - Peskov jurnalistlərə deyib.

Peskov əlavə edib ki, bu yaxınlarda Putin-Ərdoğan əlaqələrində hərbi-texniki əməkdaşlıq mövzusuna toxunulub. “Odur ki, “Bayraktar” mövzusu Soçidə müzakirə olunacaq", - Peskov deyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41