Bazar ertəsi, 08 Avqust

Anti-Putin aksiyaları, fəllaşan SOROS: Kreml Paşinyanı bağışlayacaqmı?

image

Son günlər Ermənistanın Azərbaycana qarşı təxribatları artdıqca, yerli mediada İrəvanın Moskvaya arxa çevirməsi barədə xəbərlər də çoxalıb. Gümrüdə rahat şəkildə anti-Putin aksiyasının təşkil olunması isə Paşinyanın Kreml rəhbəri ilə yola getməməsi şübhəsini doğrultmuş oldu.

Bu gün "Armeniainfo"son hadisələrlə bağlı diqqət çəkən təhlil dərc edib. 

Qeyd edilir ki, əslində Paşinyan ikibaşlı oyun oynamağa çalışır.

"Nikol Rusiya rəhbərliyində ən azı müəyyən dərəcədə etimadı qazanmaq, Moskvaya özününkü kimi görünmək və bununla da müxalifətin mübarizəsini hansısa yolla neytrallaşdırmaq, müntəzəm olaraq Kreml hökmdarının çəkmələrini yalamaq üçün səylərini əsirgəmir. Amma fakt budur ki, Ermənistanda anti-rus əhval-ruhiyyəsi yenidən artmaqdadır. Artıq Putin və Rusiya əleyhinə nümayişlər adi hala çevrilib. 

Gümrüdə bəzi yerli siyasi qüvvələr bir vaxtlar Nikolun marşının başlandığı yerdə, Vardanantsda Rusiya hakimiyyətinə qarşı nümayiş keçirirlər. Gümrünün özünün də Sorosun hədəfinə çevrilməsi kifayət qədər əhəmiyyətli məqamdır. Burada 102-ci rus hərbi bazası var", - yazıda qeyd edilib. 

Müəllif qeyd edir ki, bəlkə də kimsə etiraz edə bilər ki, Sorosun təşkil etdiyi nümayişlərin Paşinyana heç bir aidiyyəti yoxdur. Amma fakt budur ki, bu gün həmin qüvvələr özlərini Ermənistanda daha rahat aparır, əla hiss edirlər və bu cür anti-Rusiya nümayişlərinin qarşısını almağa çalışanların hamısı meydana çıxa bilmir. Çünki onlar dəmir barmaqlıqlar arxasındadırlar. 

"Üstəlik, son dövrün məhkəmələr xronikası açıq şəkildə onu göstərir ki, hakimiyyət nəyin bahasına olursa olsun, birbaşa rusiyayönlü reputasiyaya malik olan şəxsləri həbs edir və ya öldürür... Mika Badalyan, Armen Qriqoryan, Avetik Çalabyan və digər siyasi məhbuslar rusiyayönlü insanlardırlar. 

Moskvada, şübhəsiz ki, baş verənləri görür və bundan nəticə çıxarırlar. Ağrılı məqam isə ondan ibarətdir ki, bu nəticələrdən son məqamda zərər çəkən Nikol deyil, varlığı bir ipdən asılı olan Ermənistan Respublikasıdır. Belə vəziyyətdə Rusiya əleyhinə nümayişlərin keçirilməsi avantürist bir oyundur", - məqalədə yazılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti