Cümə axşamı, 25 Aprel

Zelenski Qarabağda ötən gün baş verənlərin səbəbindən danışıb

image

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin baş verməsinin mümkün səbəbindən danışıb.

Məlumata görə, bu barədə Ukrayna prezidenti çıxışında bildirib.

“Əvvəlcə - Balkan yarımadası ölkələri, sonra - Tayvan, indi, bəlkə də, Cənubi Qafqaz... Bütün bu situasiyalar fərqli görünür, baxmayaraq ki, onları bir amil birləşdirir, yəni qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər qlobal təhlükəsizlik arxitekturası işləsəydi, heç bir münaqişə olmazdı”, - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, hazırda informasiya məkanında dünyada münaqişəli vəziyyətlər və təhlükələrlə bağlı çoxlu mesajlar verilir.

“Dünyada, xüsusən də Balkan yarımadasında və Tayvanda münaqişəli vəziyyətlər qeyri-effektiv qlobal təhlükəsizlik arxitekturasına görə yaranır. Dünya elə bir model hazırlamalıdır ki, heç bir ölkənin başqa dövlətə qarşı aqressivlik nümayiş etdirməyəcəyinə zəmanət verilsin”, - Zelenski qeyd edib.

Ukrayna lideri əlavə edib ki, Ukrayna təkcə Rusiyanın tammiqyaslı təcavüzü başlayandan deyil, artıq illərdir ki, təhlükəsizlik məsələlərinə diqqət yetirir: “Rusiya beynəlxalq hüquqa, bəşəriyyətin maraqlarına tamamilə məhəl qoymayandan bu günədək”.

Prezident qeyd edib ki, Rusiya ilə mübarizədə 2014-cü il dönüş ili olub.

“O vaxt Krım, Donbas, Malayziyanın vurulan təyyarəsi ilə bağlı tamamilə aşkar vəziyyətlərdə Rusiya dərhal və nəzərəçarpacaq dərəcədə məsuliyyətdən yayındı - dünya ilə işgüzar və siyasi əlaqələri saxladı. İndi də qlobal münasibətlərdə çoxları inanırlar ki, onlar buna nail olacaqlar”, - Ukrayna lideri vurğulayıb.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33