Cümə axşamı, 25 Aprel

"Günahkarsınız, "Artsax bayrağı"nızı yığışdırıb Ermənistana qayıdın" - Sülhməramlı

image

Ermənistanın ölkəmizə qarşı artan təxribatları, sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin terror-təxribat əməlləri cavabsız qalmadı. Ordumuzun “Qisas” əməliyyatı nəinki ermənilərin işğaldan azad olunan ərazilərdə olan qanunsuz silahlı dəstələrində, elə İrəvanın özündə də şok effekti yaratdı.

Belə bir mənzərə fonunda erməni cəmiyyətinin Rusiyaya, rusların sülhməramlı missiyasına olan aqressiya da artıb. Yerli mediada, sosial şəbəkələrdə gedən paylaşım və yazılarda daha çox sülhməramlıların heç bir funksiyası yoxdur kimi ifadələr istifadə olunur.

Bu gün isə saytlardan biri diqqətçəkən bir yazı dərc edib. Məqalə müəllifi daha çox keçmiş hərbçilərdən birinin sülhməramlılarla bağlı başına gələn hadisəni qabardaraq rus hərbçilərin Azərbaycandakı fəaliyyətini sərt şəkildə tənqid edib. Məqalədə yazılıb: 

"Keçmiş hərbçi Aram Tavakkulyan son hadisələrlə bağlı cəmiyyətə müraciət edərək deyib ki, “Rusiya sülhməramlıları nə işlə məşğuldurlar? Bu sualı yüzüncü dəfədir eşidirəm. Cavabı sizə mən deyəcəyəm. Diqqətlə qulaq asın... Bir neçə ay əvvəl mən hələ xidmətdə olarkən qurduğumuz çadırlara tərəf atəş açıldı. Onlara zəng edib xəbər verdik, hadisəni məruzə elədik. Bizə dedilər ki, siz atəş açmayın. Gözləyin, ruslar gələcəklər və sübut kimi hara atəş açıldığını göstərərsiniz. Gözlədik və gözlədik... 

Ruslar 4-5 gündə ən yaxşı halda bir dəfə gəlirdilər, şəkil çəkdirirdilər, guya hadisə yerindən çəkilişlər aparırdılar. Bir dəfə dözə bilməyib soruşdum ki, nə vaxta qədər belə atəş olacaq və biz də cavab verməyəcəyik? Cavab: "Sən də onları vur" oldu. Həmçinin mənə dedi ki, "Yaxşı, icazə verin, silahlarınızı yoxlayaq". Silahımı yoxladı və ondan atəş açılmadığını anladı. Sonra isə dedi ki, "bu sənin günahındır, postdan "Artsax" (Ermənilərin işğaldan azad olunan Qarabağ ərazilərinə verdiyi qondarma ad-red) "bayrağı"nı yığışdırıb öz Ermənistanına get". Bax ruslar bu işlərlə məşğuldurlar”, - nəşr yazıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33