Bazar ertəsi, 08 Avqust

MAQATE: "Zaporojye Atom Elektrik Stansiyası tamamilə nəzarətdən çıxıb"

image

“Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası tamamilə nəzarətdən çıxıb”.

Xəbər verilir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq  Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.

O, Avropanın ən böyük atom elektrik stansiyasının təftiş və təmirə ehtiyacı olduğunu deyib.

“Rusiyanın işğalı altında olan Zaporojye AES-in ətrafında nüvə təhlükəsizliyinin bütün prinsipləri pozulub. Biz bunun davam etməsinə imkan verə bilmərik. Problemdən çıxış yolları axtarmaqda davam edirik. Bu, qlobal problemdir, vəziyyətdən çıxış yollarının tapılması istiqamətində bütün ölkələr öz töfhəsini verməlidir”, – Qrossi əlavə edib.

Qeyd edək ki, Rusiyanın elektrik stansiyasını ələ keçirdiyi dövrdə bölgədəki binaların bombalanması beynəlxalq narahatlıqla qarşılanıb.

Zaporojye AES-də işlər hazırda Rusiya qüvvələrinin nəzarəti altında ukraynalı kadrlar tərəfindən aparılır.

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı zavoddan hərbi baza kimi istifadə etməkdə ittiham edib.

Ukrayna rəsmiləri bildiriblər ki, ruslar elektrik stansiyasının ərazisinə qoşun yerləşdirir və hərbi texnika saxlayır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti