Cümə, 29 Mart

Braziliya klubu Kriştianu Ronaldunu transfer etmək istəyir

image

Braziliyanın "Korintians" klubu İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldunu transfer etməkdə maraqlıdır.

Xəbər verilir ki, bu barədə klubun prezidenti Duilio Monteyro məlumat verib.

O bildirib: "Bəli, mən onun yanımızda olmasını istərdim. Özümü "Korintians" üçün daha yaxşı ola biləcək hər şeyi sınamağa borclu hesab edirəm. Bilmirəm, alınacamı? Biz bu istiqamətdə heç bir addım atmamışıq. Amma ayıq-sayıqıq. Birdən Ronaldu Braziliyada oynamaq istəyər”.

Ronaldu 2021-ci ilin payızının əvvəlində “Mançester Yunayted”ə qayıdıb. Futbolçu 2021/22 mövsümündə "qırmızı şeytanlar"ın heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45