Cümə, 19 Aprel

“QARABAĞDA ERMƏNİSTAN HƏRBÇİSİ QALMAYIB…” – Paşinyan iddia edir

image

Hökumətin son iclasında Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı erməni silahlı qüvvələri barədə danışıb.

Paşinyan Qarabağda bir nəfər də olsa Ermənistan hərbçisinin qalmadığını iddia edib: “Rəsmən bəyan etməliyəm ki, Qarabağda Ermənistan hərbi qulluqçuları yoxdur”.

Qeyd edək ki, erməni mətbuatı dünən gecə yüzlərlə hərbçinin Qarabağdan çıxarıldığı barədə məlumat yayıb. Xəbərə görə, komandanlıq Ermənistandan olan çağırışçıları cəld toplayaraq, onlara erkən tərxis olunduqlarını bildirib. Qoşunların Ermənistana ən qısa zamanda və sakitcə daşınması üçün gecə saatlarında avtobuslar təşkil edilərək sürətlə hərbi hissələrə göndərilib. Gecə yarısından sonra ondan çox avtobus eyni vaxtda yola düşüb.

Ancaq istər Paşinyanın dedikləri, istərsə də mətbuatda yazılanlar böyük şübhə doğurur. Çünki Qarabağda minlərlə Ermənistan hərbçisinin olduğundan, onların bir gecədə daşınması mümkünsüzdür. Həmçinin, Qarabağdan təkcə şəxsi heyət deyil, hərbi texnika və silah-sursat da çıxarılmalıdır.

Onu da qeyd edək ki, 15 gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan hərbçilərinin sentyabr ayına qədər Qarabağdan çıxarılacağını bildirmişdi. Bu deyilənləri nəzərə aldıqda, Paşinyanın son bəyanatı inandırıcı deyil.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20