Bazar ertəsi, 08 Avqust

Səfir: "Londondakı diplomatlarımız təzyiq və təhlükə altındadır"

image

“Vətəndaşlarımızın, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizlik və mühafizəsi bizim əsas prioritetimizdir”. 

Xəbər verilir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb. 
“Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”, - səfir qeyd edib.

Diplomat bildirib ki, Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarlıqdır: "Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti