Cümə axşamı, 25 Aprel

iPhone 14-ün qiyməti məlum oldu

image

iPhone 14-ün baza modeli 799 dollara başa gələcək.

Xəbər verilir ki, insayderlərin əldə etdiyi məlumata görə, iPhone 14-ün qiyməti 799 dollardan başlayacaq.

Mütəxəssislər qeyd ediblər ki, Amerika şirkəti qlobal smartfon bazarında azalma fonunda satışları artırmaq və tələbatın azalmasını əhatə etmək niyyətindədir. Belə ki,  seriyanın əsas qurğusunun qiymətinin dondurulması barədə qərar "Apple"ın “ən yüksək idarəetmə səviyyəsində” qəbul edilib. Hesabatda top-menecerlər istehsal xərclərini və tədarüklə bağlı problemlərin artmasına baxmayaraq, qiymətləri qaldırmaq fikrində olmadığı bildirilib. 

“MacRumors”un müəllifləri qeyd ediblər ki, “Apple” qiymətləri artırmasa, o zaman artıq ikinci ildir ki, baza modelinin (6,1 düymlük ekranlı) qiyməti artmayacaq və dəyişməz qalacaq. 2020 təqdim olunan iPhone 12 də 799 dollar dəyərində qiymətləndirilib. iPhone 14 seriyalı smartfonlar sentyabr ayında elan ediləcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33