Cümə axşamı, 28 Mart

“Ukraynalıları öldürməkdən həzz alıram” deyən qadın polkovnik belə məhv edildi – VİDEO

image

Qondarma “dxr”-in qadın polkovnik-leytenantı, "Korsa” ləqəbli Olqa Kaçuranın öldürülməsi ilə bağlı bir sıra detallar məlum olub.

Britaniyanın "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, rus komandirlərlə görüşdən gələn Kaçuranın avtomobili Verxnetoretski yaxınlığında tank əleyhinə raketdən açılan atəş nəticəsində məhv edilib. Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Rusiya ordusunun 6 komandirinin və daha 5 hərbçisinin də öldürüldüyü bildirilir. 

Məlumatda qeyd olunur ki, Kaçura əslən Ukraynadan olsa da, Rusiyanın dəstəklədiyi separatçılar tərəfdən döyüşürdü. Ukrayna kəşfiyyatının məlumatına görə, Kaçura 2014-cü ildən qondarma “dnr”-in ordu sıralarına qoşulub və həmin vaxt onlarla dinc sakini qətlə yetirib. 

Qəzet yazır ki, 52 yaşlı polkovnik-leytenant tez-tez Rusiyanın televiziya kanallarında ukraynalıları öldürməkdən necə həzz aldığıyla bağlı çıxışlar edirdi.

Həmçinin qeyd olunur ki, Kaçura Putinin müharibədə öldürülən ilk qadın zabitidir.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56