Cümə axşamı, 16 May

Entoni Blinken: “ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir”

image

ABŞ hələ də “vahid Çin” siyasətinə sadiqdir və Tayvana müstəqillik verilməsinin tərəfdarı deyil.

Xəbər verilir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kambocada keçirilən tədbirlərində çıxışı zamanı söyləyib.

“Bizim “vahid Çin” siyasətinə baxışımızda heç nə dəyişməyib. Biz heç bir tərəfin status-kvonu birtərəfli pozmasını istəmirik. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik”, – deyə E.Blinken vurğulayıb.

Fikrinin tamamında E.Blinken əlavə edib ki, ABŞ Çin və Tayvan arasında olan ziddiyyətlərin məcburiyyət və güc vasitəsi ilə deyil, sülh yolu ilə həll edilməsində maraqlıdır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58