Cümə, 29 Mart

İsrail vurdu, İran isə “pislədi…”

image

İran İsrailin Qəzzaya hücumunu və "İslami Cihad" hərəkatının yüksək rütbəli liderinin öldürülməsini kəskin şəkildə pisləyib.

Ətraflı

 

Xəbər verilir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat yayıb.

“Fələstin xalqının və müqavimət qruplarının sionist rejimin təcavüzü və terror qarşısında hərəkətə keçməsi və özlərini müdafiə etməsi qanuni haqqıdır. İsrail rejiminin mühasirədə olan Fələstin anklavına qarşı yeni hava hücumu dalğası cinayət, avantürist və təxribat xarakterli hərəkətdir", - o bildirib.

Kanani bütün ölkələri və beynəlxalq təşkilatları Fələstin xalqını qorumaq üçün hüquqi, mənəvi və insani öhdəliklərini yerinə yetirməyə və İsrailin terror hərəkətlərini pisləməyə çağırıb: "Bölgədə qeyri-sabitlik və təhlükəsizliyin əsas amili olan İsrail tərəfindən bu cür cinayətlərin davam etməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir".

Qeyd edək ki, cümə günü İsrail ordusu Qəzza zolağından olan fələstinli radikal qruplara qarşı “Sübh” əməliyyatına başlayıb. Bu əməliyyat üçün 25 minədək ehtiyatda olan hərbçinin səfərbər edilməsi planlaşdırılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45