Çərşənbə, 28 Sentyabr

"Putinə Zelenski ilə görüşməyi təklif etdim" - Ərdoğan

image

Türkiyə və Rusiya Federasiyası prezidentlərinin Soçi görüşündə Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyədə görüşməyi təklif edib.

Xəbər verilir ki,  bu barədə "TRT Haber" məlumat yayıb.

“Çətinliklərə baxmayaraq, böhranın danışıqlar masası arxasında həll olunacağına qəti inanıram. Mən bir daha cənab Putinə xatırlatdım ki, biz onun cənab Zelenski ilə görüşünü qəbul edə bilərik”, - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, “taxıl dəhlizləri”nin açılması ilə bağlı razılığın əldə olunması müsbət və vacibdir.

"İndi bu planı sağlam şəkildə həyata keçirmək və müsbət atmosferi İstanbulda danışıqlara qayıtmaq üçün konkret addımlara çevirmək vacibdir", - deyə  Türkiyə lideri qeyd edib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İranda “Google” bloklandı

  • 26.09.2022 - 09:22