Cümə, 17 May

Müğənniyə suallar verib, ələ saldı

image

Müğənni Mənzurə Musayevanı aparıcı Elgiz Əkbər verilişdə ələ salıb.

Xəbər verilir ki, aparıcı verilişinə qonaq olan sənətçiyə suallar verməyə başlayıb. Elgizin "Məktəb oxumusan? H2O nədir" sualına Mənzurə belə cavab verib:

"Məktəb oxumuşam, texnikom da bitirmişəm. Amma onu bilmirəm. O sahəni yaxşı oxumamışam, elə-belə gedib gəlirdim. Azərbaycan dili və ədəbiyyatı oxuyurdum. Müəllimim riyaziyyatda mənə mahnı oxutdurub qiymət yazırdı. Evdə pulumu anam saxlayır".

Elgiz daha sonra "Azərbaycan mətbuatının banisi kimdir" sualını ünvanlayıb. Mənzurə isə bilmədiyini söyləyib.

"Bura imtahana gəlmişəm? Dəqiq elmlərə marağım olmayıb. Bilmişəm ki, musiqi sahəsindəyəm" deyə, Mənzurə əlavə edib.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41