Şənbə, 18 May

İzmir sahillərində 65 miqrant xilas edildi

image

Türkiyə Sahil Mühafizəsi Yunanıstanın ərazi sularından Türkiyə sahilləri istiqamətində zorla çıxarılan 65 qeyri-qanuni miqrantı xilas edib.

Xəbər verilir ki, Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, ölkənin qərbində İzmir vilayətinin Dikili və Çeşmə rayonları sahillərində miqrantlar xilas edilib.

Bildirilir ki, qeyri-qanuni miqrantlar şişmə qayıqlarla Yunanıstan sahillərinə çatmağa cəhd ediblər.

Xilas edilən və saxlanılan bütün miqrantlar miqrasiya xidmətinin regional şöbəsinə aparılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41