Bazar ertəsi, 20 May

Arvadını və 3 qızını silahla başından vuraraq ÖLDÜRDÜ

image

Türkiyənin Şırnak adlanan ərazisində dəhşətli ailə faciəsi baş verib.  

Xəbər verilir ki, Həsən Karaaslan adlı şəxs gecə saatlarında arvadını və 3 qızını evdə yatarkən ov tüfəngi ilə başından vuraraq öldürüb.

Karaaslan daha sonra polisə təslim olub. Hadisə yerinə gedən polis qrupları 4 nəfərin cansız bədəni ilə qarşılaşıb.

Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41