Bazar ertəsi, 20 May

Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı

image

Bank sistemi üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 12 milyon 429 min ədəd təşkil edib. 

Xəbər verilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.6 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 21.9 faiz, kredit kartları üzrə 27.3 faiz təşkil edib. 

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 90 min, kredit kartları 339 min, digər kartlar isə 1.8 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41