Şənbə, 18 May

“Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir”

image

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrilib. Hazırda Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma layihələri sürətlə həyata keçirilir. 

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.

Prezidentin köməkçisi 30 illik işğal dövründə kəndlərin və şəhərlərin xarabalığa çevrildiyini, binaların dağıdıldığını qeyd edib.

“30 il sonra bölgəyə yenidən həyat qayıdıb. Ermənilər tərəfindən basdırılmış minalar regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaradır. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41