Çərşənbə axşamı, 21 May

Bakıdan yenicə qayıdan Tokayev Paşinyanı təbrik etdi

image

Bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı Qazaxıstan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.

Xəbər verilir ki, bu barədə informasiya Qazaxıstan prezidentinin saytında yer alıb.

“Böyük məmnunluq hissi ilə qeyd edirəm ki, son üç onillikdə dövlətlərimiz möhkəm dostluq, etimad və qarşılıqlı dəstək münasibətləri qurmağa nail olub. Bunu iki ölkə arasında fəal siyasi dialoq, çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq, eləcə də ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə tərəfdaşlığın sistemli inkişafı sübut edir. Əminəm ki, bizim birgə işimiz ikitərəfli əməkdaşlığın bütün spektri üzrə çoxşaxəli Qazaxıstan-Ermənistan münasibətlərinin daha da dərinləşməsinə töhfə verəcək. Sizə məsul dövlət fəaliyyətinizdə böyük uğurlar, Ermənistan xalqına isə firavanlıq arzulayıram”, – deyə Qazaxıstan Prezidenti təbrikində qeyd edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06