Şənbə, 18 May

Yalnız bu müəllimlərin maaşı artacaq – FOTO

image

Maaşlara 35 faiz əlavələr ancaq 50 baldan yuxarı nəticə üçün verilir.

Xəbər verilir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

Xatırladaq ki, 6 saata qədər çalışan müəllimin orta maaşı 150 manat, 10 faiz əlavə olduqda 165, 35 faiz əlavə olduqda isə 203 manat təşkil edəcək. Eyni zamanda 6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin orta maaşı 310, 10 faiz əlavə ilə 340, 35 faiz əlavə ilə isə 420 manat olacaq. 12-18 saat aralığında dərs yükü olan müəllimlərə gəlincə, onların orta maaşı 535 manatdır. 10 faiz əlavə ilə 590, 35 faiz əlavə tətbiq edildikdə isə 720 manat təşkil edəcək. 18-24 saat aralığında dərs yükü olanların orta əməkhaqqı 755 manatdır. 10 faiz əlavə tətbiq edildikdə 830, 35 faiz əlavə olduqda isə 1020 manat alacaqlar. Eyni zamanda 24 saatdan artıq dərs yükü olanların əməkhaqqı 1 100 manatdır. 10 faiz əlavə olduqda 1 210, 35 faiz əlavə tətbiq edildikdə isə 1 485 manat əməkhaqqı alacaqlar.

Qeyd edək ki, ümumilikdə 11 min müəllim sertifikasiyadan keçiriləcək. Dünən ilk olaraq 2 579 ibtidai sinif müəllimi imtahan verib.

Hazırda ölkənin ümumtəhsil məktəblərində 36,5 min ibtidai sinif müəllimi çalışır. Onların 1279-nun 6 saata qədər, 4 030-nun 6-12 saat, 7 360-nın 12-18 saat, 16 105-nin isə 18-24 saat aralığında dərs bölgüsü var. 2000-2010-cu illərdə 12 867 ibtidai sinif müəllimi işə qəbul edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41