Bazar, 19 May

Rusiyanın ən varlı adamları bu il 54 milyard dollar itiriblər

image

Rusiyanın ən varlı sahibkarlarının sərvəti 2022-ci ilin əvvəlindən 53,939 milyard dollar azalıb. 

Bu barədə məlumat “Bloomberg Billionaires Index”in məlumatında bildirlib. Ən çox itirən polad və dağ-mədən şirkəti “Severstal”ın ortaq sahibi Aleksey Mordaşov olub - 7,53 milyard dollar. Hazırda onun kapitalı 21,3 milyard dollardır.

İtkilərə görə ikinci yerdə “Evraz” dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviçdir. O, 2022-ci ilin əvvəlindən 7,34 milyard dollar itirib. Bu gün üçün Abramoviç 10,7 milyard dollara sahibdir.

Mədən-metallurgiya şirkəti “Norilsk Nikel” və “Interros” holdinqinin prezidenti Vladimir Potanin isə əksinə, sərvətini 2,2 milyard dollar artıraraq 33 milyard dollara çatdırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41