Cümə axşamı, 16 May

Uşaqları skolioz və yastıpəncəlikdən necə qorumaq olar? - Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

image

“Uşaqlarda daha çox təsadüf olunan xəstəlik yastıpəncəlik, skoliozdur. Hazırda uşaqlar müxtəlif idman növləri ilə məşğul olurlar. Bəzən futbol oynayarkən sınıq halları olur, bununla bağlı da bizə müraciət edirlər”.

Xəbər verilir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, fizioterapevt Təranə Məmmədova nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib. 

Həkim valideynlərin övladlarının skoliozdan əziyyət çəkməməsi üçün atmalı olduğu addımları da deyib:

“Bəzən valideynlər ilkin dövrdə skoliozu müəyyən edə bilmirlər. Onlar övladlarının oturma və yerimə şəklinə, telefon və kompüterdən istifadə formasına nəzər salmalıdır. Yastıpəncəlik də uşaqlarda daha çox təsadüf olunur. Onun müalicəsində fizioterapevtik proseduraların tətbiqi mütləqdir. Müalicəvi bədən tərbiyəsi və masaj vacibdir. Həmin uşaqlar geniş ayaqqabılar geyinməlidir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58