Cümə axşamı, 16 May

Rusiya vətəndaşları bu tarixdən 4 ölkəyə buraxılmayacaq

image

“Estoniya, Latviya, Litva və Polşa sentyabrın 19-dan etibarən Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyur”.

Xəbər verilir ki, bu barədə məlumatı Estoniyanın XİN rəhbəri Urmas Reynsalu açıqlayıb.

Onun sözlərinə görə, Şengen vizasının hansı dövlət tərəfindən verilməsindən asılı olmayaraq, Rusiya vətəndaşları sözügedən ölkələrə buraxılmayacaq.

Xatırladaq ki, Latviyanın xarici işlər naziri Edqar Rinkeviçin sentyabrın 7-si verdiyi məlumata görə, Baltikyanı ölkələr Rusiya vətəndaşlarının sərhəddən buraxılmaması barədə razılığa gəlib. Onun sözlərinə görə, Rusiya vətəndaşları Şengen vizasına sahib olsalar da sərhəddən buraxılmayacaq. Buna baxmayaraq, bu məhdudiyyətlər yük avtomobillərinin sürücüləri, diplomatlar və ailəvi və humanitar məsələlərə görə səfər edən şəxslərə şamil edilməyəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58