Bazar ertəsi, 20 May

Bakıda 18 yaşlı sürücü piyadanı vurdu

image

Bakıda avtomobil yolu keçmək istəyən 20 yaşlı gənci vuraraq öldürüb.

Xəbər verilir ki, hadisə sentyabrın 8-də baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Zamanov Anar Vüqar oğlu etibarnamə əsasında idarə etdiyi "Honda CIVIC" minik markalı avtomobil ilə Babək prospektindən üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu əks istiqamətdə keçmək istəyən 2002-ci il təvəllüdlü Əlibəyov Elmar Səfərbəy oğlunu ehtiyatsızlıqdan vurub, nəticədə sonuncu ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41