Şənbə, 18 May

Rusiyada 19 deputat Putinin istefasını TƏLƏB ETDİ

image

Moskva və Sankt-Peterburq şəhərlərinin 18 rayonunun bələdiyyə deputatları Rusiya prezidenti Vladimir Putinin istefası tələbi ilə petisiya imzalayıblar. 

Xəbər verilir ki, müvafiq sənədi Sankt-Peterburq bələdiyyəsinin deputatı Kseniya Torstrom "Twitter"də paylaşıb.  

Deputatlar müraciətlərində, Vladimir Putinin əməlləri onların dövlətinə və vətəndaşlarına ziyan vurduqlarını qeyd ediblər: 

"Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, prezident V. V. Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik", - bəyanatda deyilir.

Bildirilir ki, hazırda sənədi 19 deputat imzalayıb.

Xatırladaq ki,bir müddət əvvəl Sankt-Peterburqun Smolninsk bələdiyyə dairəsinin Yabloko partiyasından olan 7 deputat da Vladimir Putinin prezident postundan uzaqlaşdırılması xahişi ilə Dövlət Dumasına müraciət etmişdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41