Cümə, 29 Mart

KTMT Ermənistan-Azərbaycan sərhədinə sülhməramlılar göndərəcək?

image

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid edir. İki ölkə sərhədində qurumun qüvvələrindən istifadə edilməsi nəzərdə tutulmur”.

Bu barədə KTMT Baş Qərargahının rəhbəri Anatoli Sidorov məlumat verib.

Qərargah rəhbəri əlavə edib ki, təşkilat bir qrup rəsmi şəxslə birlikdə sentyabrın 15-də İrəvana gələcək.

Anatoli Sidorov bildirib ki, KTMT-nin baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə gələn həftə gələcək.

“Baş katibin hazırda digər ciddi beynəlxalq tədbirlərdə iştirak etdiyi, xüsusən də Şanxay Əməkdaşlıq Təşkilatı sammitinə dəvət edildiyi nəzərə alınaraq, onun Ermənistan Respublikasına səfəri daha sonra üçün planlaşdırılır”, - deyə Sidorov Moskvada keçirilən brifinqdə qeyd edib.

Onun sözlərinə görə, səfərin yekunlarına əsasən KTMT missiyası təşkilata üzv ölkələrin dövlət başçılarının rəhbərlərinə hesabat təqdim edəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45