Cümə axşamı, 25 Aprel

PSJ-nin keçmiş futbolçusu yenidən həbs edildi

image

PSJ-nin keçmiş futbolçusu Aminata Diallo aparılan istintaq çərçivəsində yenidən həbs edilib.

O, keçmiş komanda yoldaşı Heira Hamrauiyə qarşı hücumda ittiham olunur.

Diallo 2021-ci ilin noyabrında artıq bir dəfə bu iş üzrə polis nəzarətində olub. Lakin heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb.

Hamrauiyə qarşı amansız hücumla bağlı istintaq isə tam sürətlə davam edir. Artıq futbolçunu döyməkdə şübhəli bilinən dörd nəfər həbs edilib.

İstintaq üzrə əsas şübhəli Diallodur. Hamrauinin amansızca döyülməsi əmrini məhz onun verdiyi güman olunur. Belə ki, Diallo komandada daha çox oyun vaxtı əldə etmək üçün rəqibindən qurtulmağa çalışıb.

Diallonun PSJ ilə müqaviləsi artıq başa çatıb. Yeni klubla isə futbolçu heç cür anlaşa bilməyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33