Çərşənbə, 28 Sentyabr

“Zəngəzur nəyimizə gərəkdir” deyənlərə cavab

image

““Zəngəzur nəyimizə gərəkdir" deməklə "Şuşa nəyimizə gərəkdir", "Laçın nəyimizə gərəkdir", "Zəngilan nəyimizə gərəkdir", "Qubadlı nəyimizə gərəkdir" deməyin arasında heç bir fərq yoxdur”.

Xəbər verilir ki, bu fikirləri , jurnalist Vüsal Məmmədov sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, Kəlbəcərlə Dərələyəzin arasında yeganə fərq odur ki, biri 30 il bizdə olmayıb, o biri 100 il:

“Vəssalam, başqa heç bir fərq yoxdur. Torpağa "nəyimizə gərəkdir" demək üçün zaman şkalası əsas ola bilməz. Gərəkdir, özü də həmişəkindən daha çox, heç vaxt olmadığı qədər! 

Bu fikir mütləq ictimai təfəkkürdə olmalı, uşaqlara, gənclərə aşılanmalıdır. Ermənilər haqları çatmayan torpaqlara iddialarından bir saniyə də əl çəkmirlərsə, biz haqqımız çatandan niyə əl çəkməliyik?! 

Bəsdir, özümüzü “lox” yerinə qoyduq, əzdik, mağmınlaşdırdıq!!! Qurtaraq da bu liboşist loxlanma mərəzindən!”.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İranda “Google” bloklandı

  • 26.09.2022 - 09:22