Cümə axşamı, 28 Mart

İranda etirazlar: Ölənlər var

image

Bir neçə gün öncə İranın əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin hicab bəhanəsilə tutularaq qətlə yetirilməsi bütün ölkə ərazisində əhalinin etirazına səbəb olub.

Təkcə dünənki etiraz aksiyalarında 3 nəfər ölüb.

İranın “Kürdüstan İnsan Haqları Şəbəkəsi”nin məlumatına görə, bazar ertəsi Divandərə və Dehqolan şəhərlərində Fuad Qədimi, Reza Lotfi və Mohsen Mohəmmədi adlı üç gənc etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən qətlə yetirilib.

Məlumata görə, onların dəfni gecə vaxtı heç bir mərasim olamadan keçirilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25