Cümə, 29 Mart

Britaniya Ukraynaya verilən hərbi yardımın həcmini artıracaq

image

Gələn il Böyük Britaniya Ukraynaya verilən hərbi yardımın həcmini artıracaq.

Bu barədə Böyük Britaniya hökumətinin press-relizinə istinadən xəbər verir.

Baş nazir Liz Tras qeyd edib ki, Britaniyanın hərbi dəstəyinin spesifik xarakteri Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları əsasında müəyyən ediləcək.

“Ukraynanın son həftələrdə qazandığı qələbələr ruhlandırıcı oldu. Bu cəsur insanlar şübhə edənlərə meydan oxudular və onlara hərbi, iqtisadi və siyasi dəstək verildikdə nə edə biləcəklərini göstərdilər. Mənim Ukrayna xalqına mesajım budur: Böyük Britaniya hər addımda sizinlə olmağa davam edəcək. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir”.

Qeyd edək ki, bu il Böyük Britaniya Ukraynaya hərbi yardım məqsədi ilə 2,3 milyard funt-sterlinq (2,6 milyard ABŞ dollarından çox - Red) vəsait ayırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45