Cümə, 29 Mart

İcra Hakimiyyətində meyiti tapılan məmurla bağlı yeni detallar - FOTO

image

Dünən Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşının meyitinin iş otağında tapılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Xəbər verilir ki, Saatlı RİH-in İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun meyiti saat 11 radələrində iş otağında tapılıb. Belə ki, şöbə əməkdaşları Ə.Behbudovun işə gəlmədiyini düşünüb və onun otağının arxadan bağlı olması və otaqdan qoxunun gəldiyini hiss edərək şübhələniblər. Bundan sonra Əhədin iş otağının qapısı xüsusi vasitə ilə açılıb və onun meyiti aşkar edilib. Məlum olub ki, Ə.Behbudov sentyabrın 16-dan iş otağında vəfat edib və həmin gündən zənglərə cavab verməyib. Həmçinin hadisədən əvvəl 35 yaşlı məmur qapını arxadan bağlayıb.

İlkin ehtimala görə, Ə.Behbudov qəbul etdiyi dərmandan zəhərlənmə səbəbindən dünyasını dəyişib.

Ə.Behbudov ailəli olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.




 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45