Çərşənbə, 28 Sentyabr

Rusiya vətəndaşları səfərbərlikdən sonra kütləvi şəkildə Finlandiyaya gedir

image

Rusiyada qismən səfərbərlik elan edildikdənsonra çağırış yaşında olan daha çox kişi ölkəni tərk edərək Finlandiyaya getməyə başlayıb.

Xəbər verilir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Yussi Tanner bildirib.

“Rusiyanı tərk etmək istəyinin olduğunu göstərən ərizələr çoxdur, lakin geri qayıtmaq üçün şərtlər yerinə yetirilmir. O zaman da viza verilməsi ilə bağlı qərar mənfi olur”, - o bildirib.

Y.Tanner əlavə edib ki, yaxın gələcəkdə Rusiyada qismən səfərbərlik tam fəaliyyətə başlayandan sonra ölkəni tərk etmək istəyən rusiyalıların sayı daha da artacaq.

Bəzi Aİ üzvlərinin milli təhlükəsizlik səbəbi ilə Rusiya vətəndaşlarına turist vizaları verməməsinə baxmayaraq, Finlandiya bu proseduru dayandırmayıb. Eyni zamanda, Finlandiya müxalifəti hökumətdən son hadisələr fonunda rusiyalıların ölkəyə girişinə məhdudiyyətlər tətbiqi barədə dərhal qərar verilməsini tələb edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İranda “Google” bloklandı

  • 26.09.2022 - 09:22