Cümə, 19 Aprel

Goranboyda direktor müəllimi döyüb? - AÇIQLAMA

image

Goranboy rayonunun Kələk kəndində Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru Cahangir Əlabbasovun müəllimə xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb. 

Goranboy Təhsil Sektorunun müdiri Xəyal Məmmədov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, məktəbin ibtidai sinif müəllimi, 2-ci sinfə dərs deyən Fatma Musayevanın dərs bölgüsü şikayəti ilə əlaqədar məktəbdə olublar:

"Müəllimi dəvət edib araşdırma apardıq. Onun tələbi 1 saat əlavə dərsin verilməsi ilə bağlı idi. Müəllimin tələbi yerinə yetirildi, 1 saat əlavə dərs verildi. Məktəbin direktoru müəllimə qarşı heç bir zor tətbiq etməyib. Əksinə, müəllimin ailə üzvləri biz orada olduğumuz vaxtda direktorun otağına daxil olaraq onu təhqir etdilər. Tərəfimizdən münaqişə yatırıldı. Hazırda məktəbdə vəziyyət normaldır. Hadisə şahidlərinin izahatı alınacaq", - deyə sektor müdiri vurğulayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20