Cümə, 29 Mart

İranda İlon Maskın peyk interneti bloklandı

image

İran hökuməti “Space-X”in  peyk interneti ilə mübarizə məqsədilə ölkədəki bir çox operatorlar üzərindən “Starlink”in saytına girişi bağlayıb.

“SpaceX” və “Starlink” şirkətlərinin baş direktoru İlon Mask Amerika dövlət katibi Entoni Blinkenin İran xalqının internet xidmətlərinə çıxışını genişləndirmək üçün lisenziya verilməsi ilə bağlı tvitinə cavab olaraq yazıb ki, o, İranda “Starlink” peyk internetini aktivləşdirir.

Araşdırmalar göstərir ki, dünən gecədən etibarən İranda bir çox mobil və stasionar operatorlarda IP dəyişdirmə alətlərindən istifadə etmədən “Starlink” saytına daxil olmaq mümkün deyil.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45